"Qarabağ" Azərbaycan Premyer Liqasının 11-ci turunda öz meydanında "Keşlə"ni 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:
"Futbolçularımı təbrik edirəm. Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur. Bu gün sonluq aşağı səviyyədə oldu. Amma ümumilikdə oyunu idarə etmək baxımından yaxşı alındı. Bəlkə də, ən çox qol epizodu yaratdığımız matçlardan biri oldu. Futbolçular 90 dəqiqə topa nəzarəti itirmədilər. “Keşlə”nin yaxşı hücum potensialı olsa da, müdafiədə diqqətli oynadıq".
saytlarin hazirlanmasi