Türkiyə Super Liqasında 13-cü tura yekun vurulub.
Sportal.az xəbər verir ki, lider "Trabzonspor" doğma meydanda "Qaziantep"i qəbul edib. Qarşılaşma Abdulla Avcının yetirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 33-ə yüksəldən "Trabzonspor" məğlubiyyətsiz liderliyini davam etdirir. Qara Dəniz təmsilçisi ən yaxın izləyicisi olan "Hatayspor"u 7 xal qabaqlayır.
"Trabzonspor" - "Qaziantep" 3:0
Qollar: Abdulkadir Ömür, 20, Canini, 41, Andreas Kornelius, 45+1
saytlarin hazirlanmasi