Filip Ozobiç: "Sabah hər şey yaxşı olacaq"

12:21 - 24 Noyabr 2021

"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 5-ci turunda Bakıda Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç aaçıqlama verib:

 

"Bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 qalib gəlsək də, rəqib çox yaxşı komandadır və çox yaxşı oyunçuları var. Azərbaycan millisi ilə "Qarabağ"dakı çıxışlarımı ayırmaq istərdim. "Sabah "Qarabağ"ın oyunu olacaq. Fikrimcə, hər şey yaxşı olacaq. Heç bir neqativ enerji yoxdur. Sonrasının necə olacağına baxacağıq. Əsas məsələ son 2 matça konsentrasiya olunmaqdır".

Xəbər xətti