"Qarabağ"ın qapısına vurulan qol ən yaxşı adına namizəd oldu

10:33 - 26 Noyabr 2021

Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

 

Sportal.az xəbər verir ki, 4 qol arasında "Omoniya"nın futbolçusu Jordi Qomesin "Qarabağ"la Bakıdakı oyunda (2:2) meydanın mərkəzindən vurduğu dəqiq zərbə də var.

 

İspaniyalı oyunçu ilə yanaşı, Tomi Horvat ("Mura", Sloveniya), Lazaros Xristodulopulos ("Anortosis", Kipr) və Edon Jeqrovanın ("Bazel", İsveçrə) da qolları ən yaxşı adına namizəddir.

 

 

Xəbər xətti