Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

12:25 - 26 Noyabr 2021

Avrokuboklarda 5-ci turun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində evdə "Omoniya" ilə heç-heçə etməklə (2:2) ölkəmizin aktivinə daha 0,250 xal yazdırıb. 2021/22 mövsümdə Azərbaycanın xal sayı 4,375-ə, son 5 mövsümdə ümumi xal sayı isə 17.000-ə çatıb. 

 

Bu, sıralamada mövqeyimizə təsir etməyib. Azərbaycan Avropada 25-ci pillədə qalıb. 

Xəbər xətti