Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası evdə “Uerdingen”lə qarşılaşıb və qalib gəlib – 4:1.
Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 79-cu dəqiqədə fərqlənib.
“Şalke 2” bu nəticədən sonra 19 xalla 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi