Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasının 16-cı turunda "Yaqelloniya" ilə üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, görüş Varşava təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. Komandasının yeganə qolunun ötürməsini də Emreli verib.
"Legiya" 7 məğlubiyyətdən sonra qalib gəlib.
Bu nəticədən sonra paytaxt təmsilçisi turnir cədvəlində 12 xalla 16-cı pillədə qərarlaşıb. "Legiya" digər komandalardan 2 oyun az keçirib.
saytlarin hazirlanmasi