Polşa Ekstraklasasında 16-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" doğma meydanda "Yaqelloniya"nı qəbul edib. Matç Varşava təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli bu oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 24 yaşlı forvard komandasının vurduğu qolun ötürməsini edib.
"Legiya" 12 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Paytaxt klubu rəqiblərindən 2 oyun az keçirib.
"Legiya" - "Yaqelloniya" 1:0
Qol: Mattias Yohansson, 45+2
saytlarin hazirlanmasi