"Qarabağ" Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:
"Yaxşı komandaya qarşı oynadıq. Bu il tam fərqli bir "Qəbələ" görmüşük. Bu gün də göstərdilər ki, liderlər sırasında olmağa layiqdirlər. "Qəbələ" çox istəkli idi. Komandamda bir az yorğunluq gördüm. Bunu gözləyirdim. Həm son oyundan, həm də bizim bu ilki proqramımızdan sonra futbolçular yorğunluğu hiss etməlidirlər. Buna baxmayaraq oyunçular sona kimi yaxşı mübarizə apardılar, güclərini meydanda qoya bildilər. Hər bir halda 1 xal qazandıq. "Qəbələ"yə uğurlar arzu edirəm. Azarkeşlərimiz uzun yol gəlmişdilər. Onların hər birinə təşəkkür edirəm."
saytlarin hazirlanmasi