"Qarabağ"ın keçmiş futbolçusu məşqçiliyə başladı

20:03 - 2 Dekabr 2021

"Qarabağ"ın keçmiş futbolçusu Miçel Madera məşqçilik fəaliyyətinə başlayıb.

 

Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ölkəsində atasının prezident olduğu "Lenense" klubunda məşqçiliyə başlayıb. Bu barədə İspaniya mətbuat məlumat yayıb.

 

Qeyd edək ki, futbolçu karyerasını bu ilin mart ayında bitirən Miçel 2015-2020-ci illərdə "Qarabağ"da çıxış edib. 36 yaşlı veteran futbolçu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 159 oyunda 30 qol vurub.

Xəbər xətti