"Qarabağ"ın sabiq futbolçusu Dani Kintana Polşanın "Yagelloniya" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin Belostok təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyalı futbolçu "Yagelloniya"ya bu ilin yayında transfer olmuşdu. Təcrübəli vinger zədə səbəbindən Polşa təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxa bilib.
Qeyd edək ki, Dani Kintana 2015 - 2020-ci illərdə "Qarabağ"da oynayıb.
saytlarin hazirlanmasi