Rusiya Premyer Liqasında XVII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" Moskvada "Dinamo"ya 0:2 hesabı ilə uduzub.
Azər də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, "Ufa" 17 turdan sonra 16 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.