Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən "Bazel" - "Qarabağ" oyununda Ağdam klubunun təmiz qolu qeydə alınmayıb.
Sportal.az xəbər verir ki, görüşün 2-ci dəqiqəsində Abdulla Zubirin vurduğu zərbə qapı xəttini açıq-aşkar keçsə də, baş hakim Fran Yoviç (Xorvatiya) qolu qeydə almayıb.
Baş verənlərdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 4-cü hakim İvana Martinçiçə etirazını bildirib.