Avropa Konfrans Liqasında qrup mərhələsinin son turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Bazel"in hücumçusu Artur Kabral həftənin ən yaxşısı seçilib. O, UEFA-nın saytında keçirilən səsvermədə “Roma”dan Temmi Abraham, ÇFR-dən Qabriel Debelju və “Partizan”dan Marko Jivkoviçi qabaqlayıb.
Qeyd edək ki, Kabral Konfrans Liqasının sonuncu turunda "Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub.
saytlarin hazirlanmasi