Ozan Can 90 dəqiqə oynadı, komandası "Eyndhoven"lə heç-heçə etdi

14:42 - 11 Dekabr 2021

Niderland 2-ci liqasında 19-cu turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” səfərdə “Eyndhoven”lə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Telstar” 19 oyuna topladığı 19 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti