Türkiyə I Liqasında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" doğma meydanda "Bandırmaspor"u qəbul edib. Matç Ankara təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Vüsal da bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger 59-cu dəqiqədə Hamza Gurun əvəzinə meydana daxil olub.
Xallarını 17-yə yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi