Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) səfərdə ÇSKA ilə qarşılaşıb. Matç Moskva təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 19 xal toplayan "Arsenal" 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi