Milli komandamızın və Ukraynanın “Minay” klubunun üzvü Rüstəm Əhmədzadə “Qarabağ”da çıxış edəcək.
Sportal.az xəbər verir ki, bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 21 yaşlı hücumçu yaxın günlərdə müqavilə imzalamaq üçün Bakıya gələcək: "Rüstəm Əhmədzadənin məxsus olduğu klubla apardığımız danışıqlar müsbət yekunlaşıb. Birdəfəlik trasfer hüququnun əldə edilməsi üçün razılıq almışıq. Futbolçu yaxın günlərdə Bakıya gələcək. Tibbi müayinədən uğurla keçəcəyi halda onunla müqavilə bağlanacaq və artıq mövsümün ikinci hissəsindən "Qarabağ"ın oyunçusu olacaq. Müqavilənin detalları ilə bağlı məlumat isə rəsmi sözləşmə imzalandıqdan sonra veriləcək".
Qeyd edək ki, Rüstəm Əhmədzadə bu ilin yayında milliləşdirilərək Azərbaycan yığmasına çağırılıb. O, millimizin heyətində 5 matçda iştirak edib.
saytlarin hazirlanmasi