Azarkeşlər Mahirin komandasına hücum etdi: 2 futbolçu xəsarət alıb

11:12 - 13 Dekabr 2021

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın azarkeşləri komandaya hücum ediblər.

Sportal.az xəbər verir ki, bu, Varşava təmsilçisinin Polşa çempionatının son turunda Plotsk "Visla"sına məğlubiyyətindən (0:1) sonra baş verib.

Azarkeşlər matç başa çatdıqdan dərhal sonra klubun bazasına yollanıblar. Onlardan bəziləri komandanın avtobusa daxil olub. Nəticədə iki legioneri xəsarət alıb. Onların adları açıqlanmayıb. Polis dərhal hadisə yerinə gəlib.

"Legiya" Polşa çempionatında 12 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Komanda son 10 oyunun 9-unda uduzub. (Interia)

Xəbər xətti