Milli komandamızın futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatında "Visla"ya 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu matçdan sonra Varşava təmsilçisinin mətbuat xidmətinə açıqlama verib. O, uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib:
"İndi nəsə demək çətindir. Bu, həm "Legiya" tarixində, həm də bir çoxumuzun karyerasında bir ilkdir. Çox oyunda uduzmuşuq. Nə vaxtsa belə seriyalarımın olması yadımda deyil. Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, razı deyiləm. Top iki metrdən qapıya girmirsə, buna nə deyə bilərsiniz? Mənim əlimə düşən vəziyyətdən istifadə etmək üçün top-oyunçu olmaq lazım deyil. Daha nə deyəcəyimi bilmirəm. Mən ancaq üzr istəyə bilərəm. Bilirəm ki, indi azarkeşlərimiz üçün üzr istəmək bir şey deyil. İlin sonuna kimi iki oyunumuz var. Diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm".
Qeyd edək ki, aktivində 12 xal olan "Legiya" Polşa çempionatında sonuncu pillədədir.
saytlarin hazirlanmasi