I Divizionda son 5 mövsümün rekordu qeydə alındı

17:40 - 20 Dekabr 2021

I Divizionun XII turunun “Neftçi-2” – MOİK oyunu yüksək məhsuldarlığı ilə əlamətdar olub.

 

Sportal.az xəbər bverir ki, meydan sahiblərinin 7:3 hesabı ilə qalib gəldiyi matçda 10 qol vurulub.
Bu, son 5 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə üçüncü dəfə belə məhsuldarlıq qeydə alınıb. 2018/19 mövsümünün “Səbail-2” – “Sumqayıt-2” (5:5) və 2019/20 mövsümünün “Turan Tovuz” – “Qaradağ Lökbatan” (6:4) qarşılaşmalarında da 10 top vurulub.

 

I Divizionda daha çox qola sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt “Səbail” – “Bakılı”nı 11:3 hesabı ilə üstələyib.

Xəbər xətti