Qurban Qurbanov: "Hər belə uğurdan sonra ad verildikdə məsuliyyətim çoxalır"

16:20 - 21 Dekabr 2021

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

 

 

Sportal.az xəbər verir ki, 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilən mütəxəssisə mükafat təqdim olunub. Tədbirdə çıxış edən 49 yaşlı çalışdırıcı məsuliyyətinin daha da artdığını deyib:

 

"Qarşınızda olmaq xoşdu. İnanın ki,videoklipə baxanda həyəncanandım. Yenidən həmin hisslərə qayıtdım. Dəfələrlə demişəm ki, hər belə uğurdan sonra ad verildikdə məsuliyyətim çoxalır. Bir tərəfdən işimə fayda verir, digər tərəfdən sevinirəm ki, hər kiçik əziyyətə böyük dəyər verilir. Hamınıza təşəkkür edirəm. Son vaxtlar mənim haqqımda, komandam, futbolçular haqda çox danışıldı. Qısa fikirlər bildirmək istəyirəm. İşinizdə müvəffəqiyyətlər arzulayıram. Sizin qarşısında olmaq, suallarınıza cavab vermək xoşdu. Həmişə suallarınızı gözləyirəm. Dəyər verdiyinizə görə təşəkkürlər".

Xəbər xətti