AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
Sportal.az xəbər verir ki, I Divizionun XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
I Divizionun XII turunun “Kəpəz” – “Zaqatala” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
XII turun “Turan Tovuz” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);
XII turun “Keşlə-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 41 nömrəli futbolçusu Anar Nəzirov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).
saytlarin hazirlanmasi