"Mançester Yunayted"in forvardı "Liverpul"un transfer siyahısındadı

15:32 - 19 Mart 2022

"Mançester Yunayted"in forvardı Markus Reşford komandasını dəyişə bilər.

Sportal.az "Manchester Evening News"a istinadən xəbər verir ki, ingilis futbolçu "Liverpul" və "Barselona"nın transfer siyahısında yer alıb.

Kataloniya klubunun rəsmiləri Reşfordun agenti ilə danışıqlar aparıb. "Liverpul"un da futbolçunun agenti ilə danışıqlar apardığı iddia edilir. İngiltərə millisinin üzvünün özü isə "Mançester Yunayted"i tərk etmək istəmir.

Onun "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin yayında başa çatır. 

Xəbər xətti