Xorvatiyalı futbolçu "İnter"ə kömək edə bilməyəcək

16:14 - 19 Mart 2022

"İnter"in futbolçusu Marselo Brozoviç növbəti oyunda komandasına kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, xorvatiyalı futbolçu A Seriyasının "Fiorentina" ilə oyununu buraxacaq.

"Nerazzura"nın aparıcı üzvü topuğundakı zədə səbəbindən Florensiya klubuna qarşı oynaya bilməyəcək.

Onun Xorvatiya millisinin növbəti oyununda da meydana çıxa bilməyəcəyi gözlənilir.

"İnter" – "Fiorentina" matçı bu gün 21.00-da keçiriləcək. 

Xəbər xətti