"Düzünü deyim, buradan ayrıldıqdan sonra Leandro Andradenin "Qarabağ"dakı oyununu görməmişəm. Sadəcə olaraq, hər turda baxıram ki, Leandro oynayır ya, yox".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Çerno More"nin baş məşqçi İlian İliyev deyib.
Bolqarıstan klubunun çalışdırıcısı “Qarabağ”ın futbolçusu Leandro barədə danışıb. O, yarımmüdafiəçinin “Çerno More”də oynadığı zamanda yox, “Qarabağ”da oynayarkən Kabo Verde millisinə dəvət edilməsini şərh edib:
"Leandronun Kabe Verde millisinə dəvət edildiyindən xəbərdaram. Bu, həm özü, həm də "Qarabağ" üçün yaxşıdı. O, "Çerno More"də oynayanda da Kabe Verde millisinin məşqçilərinin onu izlədiyini və milliyə dəvət edəcəklərini dediklərini bilirəm. “Qarabağ”da oynayanda dəvət etdilər. Buna görə də onu təbrik edirəm".