Premyer Liqanın XX turunda keçirilən "Sabah" - "Səbail" oyunundan (1:0) sonra qonaq komandanın futbolçusu Camal Araqo jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
"Düşünürəm ki, bəxtimiz gətirmədi. Ən real şans bizdə oldu, lakin yararlana bilmədik. Ümumilikdə, yaxşı oynadıq. Komandanın oyundan çox razıyam. Nəticəyə görə məyusam. Sona qədər mübarizə aparacağıq".
- Hədəflərin nədir, klubda qalmağı düşünürsən?
- Hər oyun mübarizə aparmağı düşünürük. Öz peşəkarlığımızı qorumalıyıq. Sona dəqər döyüşəcəyik. Hazırda bütün diqqətim klubdadır. Yeni mövsümlə bağlı bir şey deyə bilmərəm.
