Anton oynadı, komandası uduzdu - VİDEO

20:17 - 19 Mart 2022

Polşa çempionatında 26-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

"Slask"la oyunda Antonun komandası 1:2 uduzub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 54-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Visla” 26 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
 

Xəbər xətti