Dadaşovun komandası bərabərə qaldı

23:00 - 19 Mart 2022

Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi "Tondela"  Portuqaliya çempionatında 27-ci tur oyununa çıxıb.

Sportal.az xəbər verir ki, onlar evdə "Aroka" ilə qarşılaşıb.

Matç 2:2 hesabı ilə başa çatıb.

Renat da bu görüşdə iştirak edib. O, 8-ci dəqiqədə zədələnən Daniel Anjosun əvəzinə meydana daxil olub.

“Tondela” hazırda 22 xalla  18 komanda arasında 16-cı pillədə qərarlaşıb. 

Xəbər xətti