Çexiya 2-ci divizionunda 19-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) səfərdə “Usti nad Labem”lə qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.
Fərid də bu görüşün iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə meydana buraxılıb.
“Viktoriya” 19 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi