"Qəbələ"nin zədəliləri kollektivə qoşulmayıb

13:56 - 21 Mart 2022

“Qəbələ”nin üç futbolçusu zədədən əziyyət çəkir.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yaovi Akakpo fərdi bərpa prosesini gerçəkləşdirir. Gülağa Əsədov əməliyyat sonrası bərpa dövrünü davam etdirir.

​Müalicəsi dövrünü yekunlaşdırmaqda olan Omar Hani zədə ilə bağlı problemi arxada qoymağa yaxındır. Onun məşqlərə nə zaman başlayacağına sabahkı müayinələrdən sonra aydınlıq gələcək.

Xəbər xətti