Futbol üzrə Latviya çempionatında 2-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” doğma meydanda “Auda” ilə qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
“Super Nova” iki turdan sonra 1 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi