Türkiyənin "Fənərbaxça" klubu ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Atilla Salai sıradan çıxıb. Macarıstanlı futbolçu Super Liqada "Konyaspor"a qarşı keçirilən ev oyununun (2:1) 61-ci dəqiqəsində zədələnib və Filip Novakla əvəzlənib.
24 yaşlı müdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, Atilla Salai cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 39 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi