Rusiyalı şahmatçı Sergey Karyakin beynəlxalq yarışlardan uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı qrossmeyster 6 ay müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında keçiriləcək yarışlardan diskvalifikasiya olunub. İntizam Komissiyası şahmatçını Rusiyanın Ukraynanı işğal etməsini dəstəklədiyi üçün cəzalandırıb.
Qeyd edək ki, Sergey Karyakin 2016-cı ildə şahmatın blits növü üzrə dünya çempionu titulunu qazanıb. O, hazırda FIDE reytinqində 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
