"Milan" idman direktoru Paolo Maldini ilə müqavilə müddətini uzatmaq istəyir.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "rossonyerlər" klubun əfsanəsi hesab edilən Maldiniyə 2 illik müqavilə təklif edib.
Tərəflərin razılaşacağı ehtimal edilir. Onunla yanaşı Milan təmsilçisi klubun idman direktoru Rikki Massara ilə də müqavilə müddətini uzadacaq.
