Azərbaycan milli komandasının sabiq forvardı Badri Kvaratsxeliyanın oğlu Xviça karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, İtaliya mətbuatı gürcü futbolçunun “Napoli”yə keçəcəyini iddia edilir.
İtaliya klubunda Kvaratsxeliyaya, yayda “Toronto”ya keçəcək Lorenzo İnsinyenin əvəzləyicisi gözü ilə baxılır. Kvaratsxeliyanın Gürcüstan millisinin düşərgəsindən qayıtmayacağı, vətəninə yollanacağı bildirilir.
2019-cu ildə “Rustavi”dən “Rubin”ə keçən yarımmüdafiəçis bu mövsüm Rusiya Premyer Liqasında 19 oyuna çıxıb, 2 qol və 5 assistlə oynayıb.
