CAS Nurlan İbrahimovun məhkəməsini növbəti dəfə təxirə saldı

21:47 - 21 Mart 2022

CAS "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovla bağlı qərarını yenə təxirə salıb.

Sportal.az xəbər verir ki, bu barədə İbrahimov özü şəxsi feysbuk səhifəsində bildirib. Onun yazdığına görə məhkəmə mayın 25-nə kimi uzadılıb:

"Bu dəfə mayın 25-nə uzadıldı. Uzadılsın. İdman və siyasət arasında cizginin itdiyi bu günlərdə ilyarım bundan öncə olduğu kimi günahsız körpələrin qətliamına hayqırış sədası nə zaman, nə də məkana bağlıdı. Mən sənə inanıram, CAS! Ədalətli bərpa edəcəksən, təzyiqlərə dözəcəksən və bu gün bütün dünyanı necə Ukraynadakı məzlumların naləsi bürüyübsə, bir gün mütləq məsum insanlarımızın da harayını qulağına pərçimləyəcək".

Nurlan İbrahimov 2020-ci ildə Vətən müharibəsi zamanı feysbuk səhifəsindəki paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırmışdı. Əslində, İdman Arbitraj Məhkəməsi İbrahimovun şikayətilə bağlı qərarını dekabrın 22-də açıqlamalı olsa da, öncə bu tarix yanvarın 27-nə uzadılmış, ardınca isə martın 22-nə təxirə salınmışdı.

 

Xəbər xətti