Mançini: "Dünya çempionu olmaq istəyirik"

22:44 - 21 Mart 2022

İtaliya millisinin baş məşqçisi Roberto Mançini komandanın DÇ-2022-nin pley-off matçlarındakı məqsədindən danışıb.

Sportal.az xəbər verir ki, "Football İtalia"ya danışan Mançini Dünya çempionluğunu qazanmaq istəyində olduqlarını söyləyib:

"İlk oyundakı qələbəni təbii qəbul etməməliyik. Çünki heç də asan olmayacaq. Qələbə qazansaq, finala hazırlaşmaq üçün 4 gün vaxtımız olacaq. Biz burada olmalı deyildik, amma bəzən çətinliklə üzləşirsən. Həmişə oynadığımız kimi oynamağa davam etməliyik. Məqsədlərimizə təsadüfən çatmamışıq. Bu matçlara ehtiyac qalmasını istəməzdik. Amma uşaqlar özünü yaxşı hiss edir, əsas olan da budu.

Dünya çempionu olmaq istəyirik. Bunun üçün qarşıdakı iki oyunu qalib başa vurmalıyıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik ki, əsas məqsədimizə çataq".

Xəbər xətti