UEFA Rusiya və Ukrayna klublarından gələn futbolçuları sifariş etməyə icazə verdi

23:16 - 21 Mart 2022

UEFA İcraiyyə Komitəsi bu gün Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının reqlamentində dəyişiklik etmək qərarına gəlib.

Sportal.az xəbər verir ki, avrokuboklar çıxışını davam etdirən klublar aprelin 1-dək Rusiya və ya Ukrayna çempionatlarından etdikləri transferdən maksimum iki oyunçunu sifariş edə bilər.

Bundan əvvəl FİFA Ukraynadakı vəziyyətlə əlaqədar əcnəbi futbolçu və məşqçilərə Rusiya, Ukrayna klubları ilə müqavilələri birtərəfli qaydada ləğv etməyə icazə verib. 

Xəbər xətti