"Mançester Siti" forvardını "Yuventus"a satacaq

10:23 - 22 Mart 2022

"Mançester Siti"nin hücumçusu Qabriel Jezus İtaliyada oynamağa hazırlaşır.

Sportal.az "Daily Star"a istinadən xəbər verir ki, braziliyalı hücumçu "Yuventus"un transfer siyahısındadı. "Qoca sinyora" "Mançester Siti" ilə bu transferi müzakirə edəcək. İngilislər ona görə 65 milyon funt-sterlinq tələb edir.

"Şəhərlilər" Jesuzun satışından əldə olunan pulla "Borussiya"sının forvardı Erlinq Haalandın transferini həyata keçirmək niyyətindədi. 

Xəbər xətti