Niderland milli komandasının baş məşqçisi Lui van Qal koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının rəsmi saytı məlumat yayıb. COVİD-19 testinin nəticəsi müsbət çıxan 70 yaşlı mütəxəssis təcrid olunub. Van Qalın vəzifəsini texniki heyətin digər üzvləri yerinə yetirəcək.
Qeyd edək ki, DÇ-2022-yə qrup lideri kimi vəsiqə qazanan Niderland yığması martın 26-sı Danimarka, 29-u isə Almaniya ilə yoldaşlıq oyunu keçirəcək.
saytlarin hazirlanmasi
