Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Önder Karavelini istefaya göndərəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi onun yerinə Valerien İsmaeli gətirməyi planlaşdırır. "Qara qartallar" fransalı mütəxəssislə razılıq əldə edib. 46 yaşlı çalışdırıcı yaxın günlərdə İstanbula gələrək "Beşiktaş"la 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Valerien İsmael son olaraq İngiltərənin "Vest Bromviç" klubunu çalışdırıb. O, fevral ayında Çempionşip təmsilçisindən istefaya göndərilib.
saytlarin hazirlanmasi