"Barselona" "Milan"ın futbolçusu ilə 4 illik müqavilə imzalayacaq

19:12 - 22 Mart 2022

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Milan"ın yarımmüdafiəçisi Frank Kessi ilə razılıq əldə edib. Fabritsiyo Romanonun məlumatına görə, La Liqa klubu mövsümün sonunda 26 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Frank Kessi "Milan"a 2019-cu ilin yayında "Atalanta"dan keçib. Fil Dişi Sahili millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 30 iyun tarixində başa çatacaq.

Xəbər xətti