"Liverpul"un forvardı "Milan"la razılaşdı

21:08 - 22 Mart 2022

"Liverpul"dan "Milan"a keçəcəyi ehtimal edilən Divok Origi artıq italiyalılarla razılığa gəlib.

Sportal.az xəbər verir ki, İtaliya mətbuatı belçikalı hücumçunun Milan klubunun rəhbərliyi ilə ilkin razılığa gəldiyini bildirib.

26 yaşlı forvard yayda "Milan"a azad agent kimi keçəcək. Bu klubla 4 illik müqavilə imzalayacaq Origi ildə 3,5 milyon avro maaş alacaq. Forvarda Almaniya, İngiltərə klublarından təklif olsa da, özü "Milan"da oynamaq qərarına gəlib.

Xəbər xətti