“Barselona”nın futbolçusu Osman Dembele PSJ-yə keçidə yaxındı.
Sportal.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi fransalı ilə yeni müqavilə imzalamaq üçün ona heç bir təklif irəli sürməyib.
“Barselona” rəhbərliyi futbolçunun artıq PSJ ilə razılıq əldə etdiyindən əmindi. Məhz buna görə də yeni müqavilə təklif edilməyib.
