"Mançester Yunayted" "Roma"nın forvardını transfer etmək istəyir.
Sportal.az "Il Messaggero"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İtaliya klubunun ingilis hücumçusu Temmi Abrahamın agenti ilə danışıqlara başlayıb.
İngilis klubunun məşqçilər korpusu Abrahama Kristiano Ronaldonun əvəzləyicisi gözü ilə baxır.
"Çelsi" yetirməsi olan 24 yaşlı hücumçu "Bristol Siti", "Suonsi", "Aston Vilal" klublarında oynayıb. O, İngiltərə millisinin üzvüdü.
