Şəhriyar Məmmədyarov Qran-priyə heç-heçə ilə başladı

10:20 - 23 Mart 2022

Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin Berlində təşkil olunan 3-cü mərhələsində ilk görüşünü keçirib.

Sportal.az xəbər verir ki, B qrupunda yer alan qrosmeysterimiz almaniyalı Vinsent Keymerlə üz-üzə gəlib. Partiya heç-heçmə başa çatıb.

Qrupun digər görüşündə ABŞ-li Leyner Dominges FIDE bayrağı altında yarışan rusiyalı Daniil Dubova qalib gəlib.

​Qrup mərhələsində bütün iştirakçılar bir-biri ilə iki partiya oynayacaq. Yekunda ilk yeri tutan iştirakçılar yarımfinala vəsiqə qazanacaq.

Xəbər xətti