"Barselona" Braziliya millisinin üzvü üçün 70 milyon ödəməyəcək

12:02 - 23 Mart 2022

"Barselona" İngiltərə Premyer Liqasında oynayan futbolçu ilə maraqlanır.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu "Lids"də oynayan Rafinyanı transfer etmək istəyir.

"Barsa" rəsmiləri braziliyalı futbolçunun agenti ilə görüşüb. Lakin kataloniyalılar ona görə "Lids"ə 70 milyon avro ödəmək niyyətində deyil. Onlar 25 yaşlı futbolçu üçün maksimum 35 milyon avro ödəyə biləcəyini qarşı tərəfə bildirib.

“Avai” yetirməsi olan futbolçu “Vitoriya Gimarayeş”, “Sportinq”, “Renn” klublarında oynadıqdan sonra 2020-ci ildə “Lids”ə keçib. O, 2021-ci ildən Braziliya millisinin formasını da geyinir.

Xəbər xətti