Robert Prosineçkinin harada işləyəcəyi rəsmiləşdi

12:54 - 23 Mart 2022

Azərbaycan milli komandasının sabiq çalışdırıcısı Robert Prosineçkinin yeni iş yeri məlum olub.

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Sloveniyada işləyəcək. O, bu ölkənin tanınmış klublarından olan “Olimpiya” ilə anlaşıb.

Bir ara Azərbaycan millisinin baş məşqçi postuna qayıdacağı iddia edilən 53 yaşlı mütəxəssis Lyublyana klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti