"Bavariya"nın yarımmüdafiəçi Marsel Sabitzer yayda Münheni tərk edəcək.
Sportal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, avstriyalı futbolçu Yurgen Naqelsmanla münasibətinin qaydasında olmamasına görə "Bavariya"da qalmaq istəmir.
"Leypziq"dən "Bavariya"ya keçən futbolçu yeni klubunda aparıcı futbolçuya çevrilə bilməyib. Onun hansı kluba keçəcəyi hələ ki, dəqiq deyil.
